OpenServerin qurulması
0
300

OpenServer – Veb saytları hazırlamaq üçün nəzərdə tutulmuş hostinqi əvəz edən proqram təminatıdır.

Əsas tərkib hissəsi aşağıdakı kimidir.

  • Apache;
  • Nginx;
  • MySQL;
  • MariaDB;
  • MongoDB;
  • PostgreSQL;
  • PHP;
  • PHPMyAdmin.

Bununla bərabər bir çox skript və komponentlərdən ibarətdir. Siz burada veb sayt hazırlayıb testdən keçirərək hostinqinizə köçürə bilərsiniz.

OpenServeri haradan endirək?

Proqram təminatını https://ospanel.io/download/ ünvanından endirə bilərsiniz.

1. Servisə daxil olub OSPanel Premium versiyanı seçməniz və endirmə səhifəsinə keçməniz yetərlidir.


2. Proqramın endirmə səhifəsində Sizə iki təklif veriləcək. Bu layihə kommersiya məqsədi daşımadığına görə maddi dəstəyi yoxdur. Bir neçə rubl yardım edərək daha böyük sürətdə endir və ya daha az sürətdə pulsuz endir. Seçim Sizindir…


OpenServerin qurulması

1. Faylı endirdikdən sonra qurmaq əmri verin və C:\ (bu proqram əsasən Windows əməliyyat sisteminin olduğu diskdə olarsa daha yaxşı olar) diskinə ixrac edin.


2. Proses bitdikdən sonra C:\ diskinə daxil olun və OSPanel adlı qovluq görəcəksiniz.


3. Bu qovluqa daxil olduqdan sonra isə Windows əməliyyat sisteminizdən asılı olaraq iki fayl görəcəksiniz.

  • Open Server x32 – 32 bitlik Windows əməliyyat sistemləri üçün nəzərdə tutulmuşdur.
  • Open Server x64 – 64 bitlik Windows əməliyyat sistemləri üçün nəzərdə tutulmuşdur.

4. Qurulmanı tamamlamaq üçün Sizə lazım olan faylın üzərinə tıklayın. Tıkladıqdan sonra Sizə dil seçimi təklif ediləcək və lazım olan dili seçin.


5. Qurulma zamanı proqamın işləkliyinə yardım edən yardımçı proqram təminatı təklif edilə bilər. Əgər təklif edilən yardımçı proqram təminatları sisteminizdə artıq varsa, qurmağa gərək yoxdur və yaxud da hər ehtimala qurmağınız məsləhətdir.

Qurulma bitdikdən sonra Windowsu yenidən başladın.


OpenServerin tənzimlənməsi ilə bağlı məqalə burada.

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*