OpenServerin tənzimlənməsi
0
364

OpenServer-in qurulması ilə bağlı məqaləmizlə tanış olduqdan sonra tənzimləmə işləri görməliyik.

Əgər Siz WordPress üzərindən işləyəcəksinizsə, o zaman aşağıdakı əməliyyatları etməyiniz vacibdir.

1. OpenServer-i işə salırıq, Windows-un sağ alt küncündə oxa tıklayaraq OpenServer ikonunun orada yer aldığından əmin oluruq.


2. İkonun üzərinə sağ tıklayıb menyunu açaraq ayarlara (“Settings”) daxil oluruq.


3. Ayarlardan mozdullara (“Modules”) daxil olaraq işləmək üçün lazım olan hissələri tənzimləyirik.


4. HTTP, PHP, MySQL versiyaları tənzimlədikdən sonra serveri işə salırıq.


5. Brauzeri açıb http://localhost ünvanına daxil oluruq. Alınan nəticə aşağıdakı kimi olmalıdır.

Gördüyünüz kimi serverin işləkliyi ilə bağlı Sizlərə mesaj verildi. Artıq localhost ünvanında istədiyiniz əməliyyatı həyata keçirə bilərsiniz. Domenin qovluqu C:\OSPanel\domains\localhost ünvanında yerləşir.


Domenin qurulması

OpenServerdə hər hansı bir domenin qurulması çox asandır. Bunun üçün aşağıdakı əməliyyatlar yerinə yetirmək lazım gələcək.

1. İlk öncə C:\OSPanel\ qovluğundakı domains qovluğuna daxil oluruq.


2. Daha sonra bir qovluq yaradıb ona domain adı veririk.


3. Serveri yenidən başladırıq.


4. Nəticəyə baxırıq.


Elektron poçtun tənzimlənməsi

Bildiyiniz kimi e-poçt göndəriş və alışları server tərəfindən həyata keçirilir. OpenServer-ə məxsus mail sistemi mövcuddur, hansı ki, göndərilən və alınan məlumatlar xüsusi loq fayla yazılır. Lakin bu, əlverişli deyil.

Məsələn, biz PHP-nin mail() imkanlarından istifadə etmək istəyirik. Domen qovluğunda index.php adlı fayl yaradıb, aşağıdakı məlumatı həmin fayla daxil edərək brauzerdə domenə daxil oluruq.

<?php mail('[email protected]', 'Məktubun başlıqı', 'Məktubun mətni', 'From: [email protected]'); ?>

Bu kodu hostinqdə istifadə etsək, məktub rahat şəkildə göndərən tərəfindən məktubu alan şəxsə çatdırılacaq. Lakin bu, OpenServer-də alınmayacaq. Problemi həll etmək üçün OpenServer ayarlarında “Mail” poçt bölməsi var.

“Way to send e-mail” qarşısında yazılan ünvanda e-poçt loqları yer alır. Həqiqətən, C:\OSPanel\userdata\temp\email qovluğuna daxil olduqda göndərilən e-poçtların loqlarını görmək mümkündür.


SMTP ayarları

OpenServer-ə SMTP imkanları əlavə etmək olur. Bundan sonra e-poçt əməliyyatları SMTP servisləri tərəfindən həyata keçiriləcək.

1. İlk öncə gmail.com hesabı açın. Mən [email protected] adlı gmail hesabı açdım.


2. OpenServer-in e-poçt (“Mail”) ayarlarına daxil oldum və “Way to send e-mail” olaraq SMTP seçib aşağıdakı məlumatları daxil etdim.

  • Way to send e-mail: send mail through a remote SMTP server
  • SMTP server: smtp.gmail.com
  • Port: 465
  • Email sender: [email protected]
  • User name: [email protected]
  • Password: e-poçt şifrəsini daxil edin
  • Encryption: Auto

Yadda saxla (“Save”) deyib serveri yenidən başladırıq.

Diqqət! Bunu etməmişdən öncə, gmail hesabının təhlükəsizlik bölməsində bilinməyən proqramlara izin vermək əməliyyatını həyata keçirmək lazımdır.

Ünvan: https://myaccount.google.com/u/1/lesssecureapps


3. Domen qovluğunda index.php adlı fayl yaradıb aşağıdakı məlumatı həmin fayla daxil edərək brauzerdə domenə daxil oluruq.

Məktubu göndərən qismində yaratdığımız gmail hesabını daxil edirik.

<?php mail('[email protected]', 'Məktubun başlıqı', 'Məktubun mətni', 'From: [email protected]'); ?>

Gmail e-poçt sisteminə daxil oluruq və gələn məktublara baxırıq. Sadəcə “Məktubu alan domain mövcud deyildir” deyə belə bir xəbərdarlıq alırıq.

Bununla da e-poçt ayarlarını tənzimləmiş olduq.

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
0
Qaranlıq qalan nəsə var? Şərh yaz, cavablayaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*