İstifadə Şərtləri

Veb saytdan istifadə edərkən aşağıdakı qaydalar ilə razılaşmış olursunuz.

1. Keçidlər

Şirkət saytda istinad olunan istənilən saytlara nəzarət etmir və üçüncü şəxslərə məxsus olan və yaxud onların idarə etdikləri saytların məzmununa, məxfiliyin qorunub saxlanması və saytların təhlükəsizliyi qaydalarına cavabdeh deyildir.

2. Müəlliflik hüququ

İstifadəçi bilməlidir ki, bu saytda gördüyü və ya oxuduğu bütün materiallar müəllif hüquqları ilə qorunur, əgər başqa şərt nəzərdə tutulmayıbsa, bu “İstifadə şərtləri” və ya saytın mətni ilə nəzərdə tutulan hallar istisna olmaqla, şirkətin yazılı icazəsi olmadan istifadə oluna bilməzlər. Şirkət bəyan edir ki, istifadəçinin saytda yerləşdirilən materiallardan istifadə etməsi üçüncü şəxslərin hüquqlarının pozulmasına zəmanət vermir.

3. Məxfilik

Məxfilik haqqında əsasnaməni oxuyun.

4. Təhlükəsizlik

İstifadəçi bu sayta öz risqinə əsaslanaraq daxil olur və ondan istifadə edir. Nə şirkət, nə onun filialları, nə şirkətin agentlikləri, nə də bu saytın yaradılmasında, işə salınmasında və fəaliyyət göstərməsində iştirak edən başqa şəxslər sayt istifadəçiləri qarşısında saytdan istifadə nəticəsində sayt istifadəçilərinin üzləşdikləri itkiyə və yaxud ziyana görə məsuliyyət daşımırlar. Şirkətin, onun filiallarının və yaxud bu saytın yaradılmasında, işə salınmasında və fəaliyyət göstərməsində iştirak edən başqa şəxslərin sayt istifadəçiləri qarşısında öz öhdəliklərini qəsdən pozmaları nəticəsində sayt istifadəçilərinə dəyən ziyan və yaxud itkilər məhkəmə ilə sübuta yetirildiyi hallar istisna təşkil edir.

Şirkət saytdan istifadə və yaxud istənilən materialların yüklənməsi zamanı istifadəçinin komputer avadanlığında və yaxud başqa əmlakını zədələyə biləcək istənilən ziyana və ya virusa görə məsuliyyət daşımır.

SAYT VƏ SAYTIN BÜTÜN MATERİALLARI DƏYİŞİLƏ BİLƏR VƏ İSTİFADƏÇİLƏRƏ MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLILIQ TƏMİNATI OLMADAN “OLDUĞU KİMİ” TƏQDİM OLUNA BİLƏR

5. Məlumatın dəqiqliyi

Şirkət saytda etibarlı və müasir informasiya yerləşdirməyə cəhd göstərir, lakin şirkət, bu cür informasiya dəqiqliyini təsdiq edə və ya ona zəmanət verə bilməz. Şirkət saytın məzmununda olan istənilən səhvlərə və yaxud xətalara görə məsuliyyət daşımır.

Şirkət zaman-zaman müzakirələrin, forumların, göndərişlərin, qısa məlumatların və bu kimi saytın başqa materiallarının məzmununun monitorinqini aparır, lakin şirkət bu cür materialların məzmunu nəticəsində meydana gələn və yaxud saytda olan bu cür informasiyada əks olunan istənilən səhvlərə, yanlış məlumatlara, xətalara, yanlış bəyanatlara, nalayiq ifadələrə, küfrə, hədələrə və ya qeyri-dəqiqliyə görə məsuliyyət daşımır.

İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsi və ya verilməsi üçün saytdan istifadə etmək qadağandır. Şirkət hüquq-mühafizə orqanlarına tam yardım göstərəcək və yaxud şirkət bu cür məlumatları və ya materialları yerləşdirən və yaxud ötürən istifadəçinin şəxsi məlumatlarını səlahiyyətli dövlət orqanlarına məlumat vermək öhdəliyi verən istənilən məhkəmə və inzibati aktları yerinə yetirəcək və istənilən vaxt bu cür materialları saytdan silmək hüququnu özündə saxlayacaq.

6. Dəyişiklik

Şirkət ilkin xəbərdarlıq olmadan istənilən vaxt bu “İstifadə şərtləri”nə bu sənədin yenilənməsi vasitəsilə əlavə və dəyişikliklər edə bilər. Belə ki, saytla bağlı təsir şərtləri istifadəçiyə şamil olunduğu üçün, istifadəçi müntəzəm olaraq bu səhifəyə daxil olmalı və istifadə şərtlərini nəzərdən keçirməlidir.

Paylaş:
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki