Proqram təminatının yenilənməsi

Məhsulumuzu alan hər bir müştəriyə 1 (bir) illik lisenziya açarı verilir. Bu, proqram təminatının yenilənməsi və sizə göstərilən texniki xidmət üçün nəzərdə tutulmuşdur.


Texniki Xidmət

Webmark Media məhsullarını tək bir şəxsə deyil, bütün dünyaya satır. Məhsul tam olaraq sizin istəklərinizə uyğun olmaya bilər. Yaxud hər hansı bir komponent və ya qoşma ilə sinxron işləyə bilməz.

Texniki xidmət yalnız lisenziya açarını əldə etmiş müştərilərə şamil olunur.

Məhsulu aldığınız gündən etibarən 1 (bir) il ərzində texniki xidmətdən istifadə edə bilərsiniz. 1 (bir) il bitdikdən sonra müştəri lisenziya müddətini uzatmalıdır. Bu həm texniki xidmətdən rahat istifadə edilməsi, həm də proqram təminatının yenilənməsi üçün vacibdir.


Abunəlik və Avtomatik Hesab Əməliyyatları

Abunəlik hər il avtomatik yenilənir. Bu proses hər bir məhsula ayrı-ayrılıqda şamil olunur.

Abunəlik avtomatik qaydada məhsula aid lisenziya vaxtının bitmə müddətinə son 2 (iki) həftə qalmış yenilənir.

Aşağıda Abunəlik haqqında detallar qeyd olunmuşdur:

  1. Abunəlik avtomatik olaraq məhsula aid son lisenziya tarixinin bitməsi zamanı yenidən uzadılır.
  2. Siz bu prosesi Hesab səhifəsindən idarə edə bilərsiniz. Əgər siz abunəlikdən imtina etsəniz, lisenziya müddəti bitənə qədər texniki xidmət və proqram təminatının yenilənməsi imkanlarından istifadə edə biləcəksiniz.
  3. Abunəlik uzadılarkən aldığınız məhsulu dəyərindən 30% aşağı qiymətə əldə edə biləcəksiniz.

Geri Qaytarılma Siyasəti

Biz bilirik ki, məhsullarımız 100% işləkdir. Lakin onu da bilirik ki, məhsul hər kəsin ürəyincə ola və ya hərkəs üçün ideal işləyə bilməz.

Bu proses ərzində biz sizinlə əlaqə yaradaraq məhsulumuzla bağlı problemlərin həlli yollarını axtarmağa çalışacağıq.

Webmark Mediaya aid məhsulların hər hansı birini aldığınız gündən etibarən bu proses üçün ayrılan zaman 14 (on dörd) gündür. Bu müddət ərzində ödənilən məbləğin geri qaytarılması haqqında tələb irəli sürə bilərsiniz. Bu tələb Webmark Medianın maraqları və şərtləri ilə üst-üstə düşməlidir.


Avtomatik Yenilənmə

Avtomatik yenilənmə yalnız lisenziya açarı əldə etmiş müştərilərə şamil olunur. Bu proses üçün veb-saytınızda qeyd etdiyiniz lisenziya açarı, məhsulu aldığınız zaman sizə təqdim olunmuş lisenziya açarı ilə üst-üstə düşməli və lisenziya açarının vaxtı bitməməlidir.


Lisenziya

Webmark Media məhsulları, əksi göstərilmədikcə, GNU General Public License (http://www.gnu.org/licenses/gpl.html) 2.0 versiyası və ya daha üstü lisenziyalıdır.


Lisenziya Razılaşması

Məhsullarımızı əldə etdiyiniz zaman bu səhifədə qeyd olunmuş İstifadə Şərtləri ilə tam razılaşmış olursunuz. Bu şərtlərin xəbərdarlıq etmədən və ya razılığınız olmadan dəyişdirilmə haqqı bizə aiddir.


Sualınız var?
Zəhmət olmasa, Bizimlə Əlaqə səhifəsindən istifadə edərək sualınızı bizə göndərin.